Ramil Usubov rəisi işdən çıxardı

Ramil Usubov rəisi işdən çıxardı
  09 Yanvar 2015    Oxunub:2233
Bakıda daha bir polis rəisi işdən çıxarılıb.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Bakının Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin müavini icra edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.


Teqlər:



Xəbər lenti