Bakıda şagirdin saçını yolan müəllimə dindirildi
“Naziliyin işçiləri hazırda məktəbdədirlər. Onlar məktəbin direktorunu, uşağın saçını yolduğu deyilən Züfiyyə müəlliməni və balaca Dənizi sorğu-sual ediblər. Hazırda yoxlama işləri davam edir. Müəllimənin işdən çıxardılması ilə bağlı isə hələlik heç nə bilmirik”.
Qeyd edək ki, bir neçə saat öncə həmin məktəbin direktoru Firəngiz Həsənova AzVision.az-a açıqlamasında deyilənləri yalanlayaraq ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva Dəniz adlı şagirdin saçını yolmadığını, bu məlumatların şagiridin anası tərəfindən uydurulduğunu bildirib:
Xatırladaq ki, mətbuatda balaca Dənizin satçının töküldüyünü əks etdirən fotolar yayılıb. Bildirilib ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qızın saçlarını yolub. Buna səbəb isə birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


