Buzlu yolda ağır qəza - 2 ölü

Buzlu yolda ağır qəza - 2 ölü
  09 Yanvar 2015    Oxunub:1652
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində “Daewo” markalı minik avtomobili dəmir çəpərlərə çırpılaraq deformasiyaya uğrayıb.

Nəticədə avtomobilin sürücüsü, Cabbarov Yasin Çərkəz oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədi isə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 09:35-də başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti