Əməkdar artist: `Leyla Əliyeva ilə hər gün görüşürəm`

Əməkdar artist: `Leyla Əliyeva ilə hər gün görüşürəm`
  09 Yanvar 2015    Oxunub:7756
“Mən Leyla Əliyeva ilə hər gün görüşürəm. Biz bir-birimizdən ayrılmırıq, ruhlarımız yaxındır”.

Bunu AzVision.az-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Bəstəkar Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın sözlərinə yazdığı mahnıdan danışıb. Müğənni qeyd edib ki, həmin mahnıya görə mükafatlandırılıb:

“Leyla Əliyevanın yazdığı sözlərə musiqi bəstələmişəm. İfama görə də mükafatlandırılmışam. Belə deyək ki, mən Leyla Əliyeva ilə ruhən hər gün görüşürəm. Onun şeirlərini oxuyuram və istər-istəməz onunla görüşürəm. Yaradıcı, duyumlu, təbiəti sevən bir insan kimi Leyla Əliya ilə həmişə görüşürük. O daxilən, ruhən mənə çox yaxın bir insandır. Bizim bürcümüz də xərçəng bürcüdür. Mən Leyla Əliyevanın yaradıcılığını çox dərindən duyan bir insanam. Bu baxımından da mənə elə gəlir ki biz-birimizdən ayrılımırıq, ruhlarımız yaxındır. İnsanda o qədər enerji olmalıdır ki, həmişə gözəl şeirlər yazsın, gözəl ana olsun, böyüklərinə hörmət eləsin. Leyla Əliyeva ilə hələ ki, canlı görüşməmişəm. Amma hər şeyin öz vaxtı var. Zaman gələr görüşərik. Vacib deyil ki, insan şəxsən kiminləsə gedib görüşsün. Bizim amalımız birdir. Biz Azərbaycanın gözəlləşməsi üçün çalışırıq”.

Qeyd edək ki, Elza Seyidcahan prezident İlham Əliyevin doğum günü üçün Leyla Əliyevanın şeirinə mahnı bəstələyib. O, L. Əliyevanın “İnsanlar ” adlı şeirinə mahnı yazıb.



Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti