Nazirlik: 28 dərəcə şaxta olacaq
Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.
Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, Lənkəran-Astara ərazisində arabir yağıntı olacağı ehtimal olunur. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə gecə 23-28 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərcəyədək isti olacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


