Saçı yolunan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Saçı yolunan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA
  09 Yanvar 2015    Oxunub:2766
Bakı məktəbində şagirdin saçının yolunması xəbəri yalan çıxdı.
Bakıda 53 saylı məktəbdə müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddiası öz təsdiqini tapmayıb.

53 saylı məktəbdən AzVision.az-a verilən məlumata görə, yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin birinci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılıb.

Yayılan xəbərlə bağlı bu gün BŞTİ-nin əməkdaşları və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar.

Məsələ ilə əlaqədar, valideyn övladının dermotoloji problemi olduğu qeyd edib, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu qeyd edib.

Məlumatı Məmmədli Şəms Şamil qızı bacısının ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək məlumatı yoxlamadan şəxsi “Facebook” səhifəsində bölüşüb.

Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti