Prezident Hacıqabula 3 milyon ayırdı

Prezident Hacıqabula 3 milyon ayırdı
  09 Yanvar 2015    Oxunub:1621
Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, on doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti