Ermənilərin növbəti saxtakarlığı üzə çıxdı

Ermənilərin növbəti saxtakarlığı üzə çıxdı
  09 Yanvar 2015    Oxunub:2299
Ermənilər uydurma “soyqırımı”nın təbliğində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciənin fotoşəklindən istifadə edirlər.
AzərTAc növbəti erməni saxtakarlığını üzə çıxarıb. Belə ki, İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı olan “əl-İstiqamə” qəzetində dərc olunmuş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş “erməni soyqırımı” qurbanları kimi təqdim olunub.

Eyni fotoşəkil, həmçinin uydurma “erməni genosidi”nin yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, bu fotoşəkil 1990-cı il yanvarın 20-də AzərTAc-ın fotomüxbiri Oqtay Məmmədov tərəfindən çəkilib və onun originalı agentliyin arxivində saxlanılır.

Əslində, “genosidi” bu cür saxta “dəlil-sübutla” əsaslandıran ermənilər fərqinə varmadan onu inkar etmiş olurlar. Təsəvvür edin, mediada bir hadisənin yüzilliyindən bəhs edir və həmin məqalədə Azərbaycan xalqının tarixinə 25 il əvvəl qanla yazılmış 20 Yanvar faciəsini əks etdirən fotonu yerləşdirirlər. Bundan daha böyük saxtakarlıq nə ola bilər?

Ermənilərin belə açıq-aşkar saxtakarlığa əl atması birinci dəfə deyil. Üzdəniraq erməni təbliğatçıları bundan əvvəl 1918-ci ildə Şamaxıda, Qubada azərbaycanlılara qarşı törədilmiş soyqırımların, 1992-ci il Xocalı qətliamının fotolarını qondarma “erməni genosidi”nin izləri kimi təqdim ediblər.

Bu sahədə “ixtisaslaşmış” erməni “mediabazlar”ı “soyqırım” azarına tutulmuş və yaxud yoluxdurulmuş sadə erməniləri aldatmaqla kifayətlənmir, eyni zamanda, dünya ictimaiyyətində özlərinin psevdofaciələrinə mərhəmət hissi oyatmağa və ondan öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma onların bütün bu cəhdlərinə baxmayaraq, həqiqət hər zaman öz yerini tapır.


Teqlər:





Xəbər lenti