AZAL-dan sərnişinlərə siqaret QADAĞASI

AZAL-dan sərnişinlərə siqaret QADAĞASI
  10 Yanvar 2015    Oxunub:2078
“Azərbaycan Hava Yolları” sərnişinlərə müraciət edib.
AZAL-dan AzVision.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Bütün uçuşlarında elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağandır. Həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğular sərnişinin əl çantasında daşınmalıdır. Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) “Azərbaycan Hava Yolları”nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır. Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) İATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.


Teqlər:  



Xəbər lenti