Taksi sürücüləri də vahid forma geyinəcək - Nazirlik+VİDEO

Taksi sürücüləri də vahid forma geyinəcək - Nazirlik+VİDEO
  10 Yanvar 2015    Oxunub:2558
`Bu dəfə isə tək avtobus sürücüləri deyil, taksi sürücülərinin də vahid geyim forması olacaq`.
AzVision.az ANS TV-ə istinadən məlumat verir ki, yeni avtobuslar artıq xətlərə buraxılıb və sərnişinlərin istifadəsinə verilib. Təkcə avtobuslar deyil həmçinin yeni Londan taksilərinin də gətirilməsi plandadır və artıq 50 yeni London taksisi istifadəyə verilib. 2015-ci ildə gözlənilən digər bir yenilik isə kart sistemi ilə bağlıdır. Martın 1-dən etibarən kart sistemindən hər bir sərnişin istifadə edə biləcək. Başqa bir yenilik isə sürüsülərlə bağlıdır. Baş verən qəzaların qarşısının alınması üçün sürücü bazası yaradılıb. Məqsəd sürücü mədəniyyətini yüksəltmək və onlara ingilis-dilini öyrətməkdir. Çünki Avropa Oyunları zamanı sürücülərə gələn qonaqlarla ünsiyyət qurmaq lazım olacaq.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov Ziya Bünyadov prospektibdə ancaq dekorativ işlərin qaldığını deyir. Nəqliyyat Nazirliyinin balansında olan bütün yollarda işlərin tam sürətilə davam etdirilir.

Hələ bir neçə il bundan əvvəl sürücülərə tətbiq olunan vahid geyim yenidən quvvəyə minəcək. Bu dəfə isə tək avtobus sürücüləri deyil, taksi sürücülərinin də vahid geyim forması olacaq.

Namiq Həsənov Avropa Oyunları ərəfəsində yeni qatarların da təşkil olunacağını deyir. O paytaxta gələn qonaqların rayonlara gedişi üçün qatarlardan da istifadə edəcəyini bildirdi.







Teqlər:  





Xəbər lenti