Paytaxt sakinlərinin nəzərinə

Paytaxt sakinlərinin nəzərinə
  13 May 2013    Oxunub:1302
Gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib.

Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti