Bakı dünyanın ən yaxşıları sırasında

Bakı dünyanın ən yaxşıları sırasında
  10 Yanvar 2015    Oxunub:2638
Azərbaycanın paytaxtı Bakı şəhəri The New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqinə daxil olub.
Azərbaycanın paytaxtı siyahıda 51-ci yerdə qərarlaşıb.

Reytinqdə qeyd olunur ki, Bakı qədim mədəniyyət və Dubay üslubunun vəhdətini təşkil edir.

"Paytaxt Bakıda ikinci neft bumu - birinci XX əsrin əvvəllərində olub - Xəzər dənizinin sahilində yerləşən bu şəhərə böyük var-dövlət gətirib və şəhərin qarşısında yeni üfüqlər açıb.

Hökumət bir müddət əvvəl neft pullarını möhtəşəm memarlıq layihələrinə çevirib və hazırda bu layihələr YUNESKO-nun mühafizəsi altında olan qədim mərkəzi (İçərişəhər nəzərdə tutulur - red.) əhatə edirlər", - deyə, məqalədə qeyd olunur.

Məqalədə həmçinin möhtəşəm və cəlbedici Flame Towers - 600 metr hündürlüyündə olan alovşəkilli qüllələr, məşhur dizayner Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev mərkəzi barədə məlumat da yer alıb:

"Yeni, möhtəşəm otellərə Four Seasons, Hilton və Kempinski daxildir, bu ilin yayında isə yelkəni xatırladan 33 mərtəbəli Trump International Hotel amp; Tower də bu siyahıya qoşulacaq".

Ölkəmiz haqqında məqalədə həmçinin vurğulanır ki, bu ilin iyununda Bakıda tarixdə ilk Avropa Oyunları keçiriləcək.

MDB ölkələrindən reytinqə yalnız Azərbaycan, Cənubi Qafqaz ölkələrindən isə yalnız Gürcüstan (xatırladaq ki, Gürcüstan MDB-yə daxil deyil) və Azərbaycan düşüb.

(Oxu.az)


Teqlər:  





Xəbər lenti