Maşınla avtobus toqquşdu - iki nəfər öldü

Maşınla avtobus toqquşdu - iki nəfər öldü
  10 Yanvar 2015    Oxunub:1646
Bu gün səhər Qaradağ rayonu ərazisində minik avtomobilləri sərnişin avtobusu ilə toqquşub.

AzVision.az FHN-in saytına istinadən verdiyi məlumata görə, “Daewoo” və “Mercedes” markalı minik avtomobillərinin “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində “Daewoo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü Şükürov Saleh Məmmədbağır oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qaradağ rayonunda minik avtomobillərinin sərnişin avtobusu ilə toqquşması nıəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ölənlərin və xəsarət alanlarının adları hələlik müəyyən olunmayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova isə APA-ya açıqlamasında deyib ki, hadisə barədə bu gün saat 07:37-də məlumat daxil olub. Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə-kəllə-beyin travması ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Onun sözlərinə görə, 2 nəfər isə təcili yardım briqadaları hadisə yerinə gələnə kimi ətrafdakı insanlar tərəfindən Klinik Tibbi mərkəzə aparılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti