Tünzalə Ağayeva da deputat olmaq istəyir? - AÇIQLAMA

Tünzalə Ağayeva da deputat olmaq istəyir? - AÇIQLAMA
  10 Yanvar 2015    Oxunub:4561
“Bu il deputatlığa namizədliyimi verməyəcəyəm”.
Bunu AzVision.az-a açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib.

Müğənni qeyd edib ki, bu il deputatlığa namizədliyini verməsi ilə bağlı xeyli təkillər alır. Əməkdar artist bununla bağlı ona çox saylı suallar verildiyini söyləyib:

“Deputatlığa namizədliyimi verməyi düşünmürəm. Mən daha çox sosial-aktiv olmaq istəyirəm. Nəyin ki siyasətə qatılmaq istəyirəm. İndiki vaxtda deputat olmaqla bağlı qətiyyən fikirləşmirəm. Gələcəkdə isə nəyin baş verəcəyini bilmirəm. Bəlkə beş ildən, bəlkə 10 ildən sonra, özümü cəmiyyətə deputat kimi xeyirli hiss etsəm namizədliyimi də verəcəyəm”.

T.Ağayeva bəstəkar Elza Seyidcahanın deputatlığa namziədliyini verəcəyi məsələsinə də münasibət bildirib: “Əgər o özünü cəmiyyətə xeyirli bir insan kimi görürsə və bu gücü özündə hiss edirsə niyədə deputat olmasın? Allah onun köməyi olsun. Təki cəmiyyətə xeyir versin”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti