Ancelina Coli və Bred Pitt hamını aldatdı

Ancelina Coli və Bred Pitt hamını aldatdı
  10 Yanvar 2015    Oxunub:2408
Ötən ilin avqust ayında Ancelina Coli və Bred Pittin Fransada evlənmələri barədə xəbər yayılmışdı. Bildirilmişdi ki, cütlük avqustun 23-də Fransada nikaha daxil olublar. Kəbin kəsmə ailənin və dostların dairəsində şəxsi malikanənin kiçik kilsəsində baş tutub. Qeyd edilir ki, Ancelina Coli və Bred Pitt nikah şəhadətnaməsini Fransada mərasimi keçirən Kaliforniya hakimindən alıblar.
Lakin, A.Coli bu xəbərin yalan olduğunu qeyd edib.

AzVision.az xəbər verir ki, İtalyanın “IO Donna” jurnalına müsahibə verən Colu qeyd edib ki, əslində onlar Fransada yox ABŞ-da evləniblər:

“Biz əslində Kaliforniyada evlənmişdik. Nikah mərasimi də də ABŞ-da olmuşdu”,-deyə məşhur aktisa qeyd edib.

Məlumat üçün bildirək ki, Ancelina Coli və Bred Pittin altı uşağı var, onlardan üçünü (Meddoks, Paksu və Zaxar) aktyorlar uşaq evindən götürüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti