Kəmaləddin Heydərov Baba Vəziroğluna nə hədiyyə etdi?
B.Vəziroğlu bildirib ki, ilk təbrik zəngini Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan alıb: “Çox hörmətli Kamal müəllim mənə gecəykən zəng etdi. Mənə yaradıcılığımda uğurlar və ən başlıcası can sağlığı arzuladı. Hələ doğum günü hədiyyəsi də oldu - gözəl bir mahnı”.
Nəğməkar şair onu da əlavə edib ki, yaxın günlərdə bəstəkar Kamalla birgə layihəsinin təqdimat mərasimi düzənlənəcək: “Artıq təqdimat üçün hər şey hazırdır. Eyni zamanda “Sən oldun” adlı kitabımın təqdimatı da keçiriləcək”.







Vaxtında, Aydın, Lazımlı!


