Prezident: “ASAN xidmət” ön plandadır

Prezident: “ASAN xidmət” ön plandadır
  11 Yanvar 2015    Oxunub:1866
“Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır”.

AzVision.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin keyfiyyəti yüksək səviyyədədir.

““ASAN xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək istəyirəm. Artıq 7 mərkəz fəaliyyət göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır.

İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi məkanda təmin ediləcəkdir. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır.
Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”.

AzVision.az


Teqlər:



Xəbər lenti