Müdafiə Nazirliyi: Yalandır, itki verməmişik
Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistanın kütləvi informasiya vasitələrinin guya qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydıqları məlumatların heç bir əsası yoxdur. Bu düşmən tərəfinin növbəti yalanı və uydurmasıdır.
Silahlı Qüvvələrimizin şəxsi heyəti heç bir itki verməyib və bölmələrimiz qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir.
Hafiz Əhmədov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


