Bakıda növbəti "dilənçi əməliyyatı"

Bakıda növbəti "dilənçi əməliyyatı"
  12 Yanvar 2015    Oxunub:1963
Bakıda diləçilərə qaraşı növbəti əməliyyat keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB PPXB, Nərimanov RPİ PPXB 18-ci PB, Nəsimi RPİ 19-cu PB, Nəsimi RPİ 20-ci PB, Nəsimi RPİ 22- ci PB əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən şəxslər saxlanılıb.

Onların ümumi sayı 29 nəfər (7 kişi, 6 qadın, 16 azyaşlı) olub. Saxlanılanlar barəsində inzibati qaydada tədbir görülüb.

Qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.


Teqlər:



Xəbər lenti