Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzVision.az-a qeyd edib ki, görülən işlər plan üzrə aparılır.
Onun sözlərinə görə, əvvəllər Bulvar ərazisində qatarların hərəkəti nəzərdə tutulmamışdı: “Bundan başqa 2015-ci ildə Yay Olimpiya oyunları ərəfəsində qonaqlar çox olacaq. Onları qatarlar vasitəsilə Bulvarın bir başından o biri başına aparmaq lazım gələcək. Ona görə hissə-hissə ərazilərin daşlarını dəyişirik. Bu işlər qışda həyata keçirilir. Çünki yaz, yay, payız aylarında insan axını çox olur. Qışda isə gəzintiyə gələnlərin sayı azalır. İnsanların istirahətinə mane olmamaq üçün qışda hissə-hissə işlərə davam edirik. Bu qışda bir neçə hissədə işlər davam etdiriləcək. Bulvar ərazisində nəzərdə tutyulan minik maşınları və qatarların keçəcəkləri ərazilərdə o yerlərin altı möhkəmləndirilir. Həm də daha möhkəm daşlar döşənir”-deyə Nazim Məcidov bildirib.


Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


