Ermənilər istədikləri adamı "öldürür" - Müdafiə Nazirliyi

Ermənilər istədikləri adamı "öldürür" - Müdafiə Nazirliyi
  12 Yanvar 2015    Oxunub:2824
“Ermənistan müdafiə nazirinin mətbuat katibi A.Ovannisyan deyəsən artıq Facebook səhifəsində müharibə aparır. Ermənilər artıq gerçəkdə bacara bilmədiklərini virtual formada həyata keçirmək istəyirlər. İstədikləri adamı "öldürür", istədikləri adamın da "ərazidən götürülməsinə" icazə verirlər”.

Müdafiə Nazirliyi Azərbaycanın cəbhəboyu ərazilərdə pilotsuz təyyarələrin uçurması ilə bağlı erməni mətbuatında yer alan iddialara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorusuna cavab olaraq bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə atışma zamanı guya itki verməsi barədə yaydıqları məlumatlar tamamilə yalandır və həqiqətə zərrə qədər də yaxın deyil:

“Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Azərbaycan Silahlı Qüvvələri nəinki məlumatlarda adıkeçən istiqamətlərdə, ümumiyyətlə, heç bir itki verməyiblər. Ermənilər öz ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyəti də aldadırdırlar. Əvvəla, onların Azərbaycan tərəfinin diversiyası barədə məlumatları ümumiyyətlə, uydurmadır. İkincisi, Azərbaycan Ordusunun itki verməsi həqiqətə uyğun deyil. Üçüncüsü, özlərini humanist göstərərək guya Azərbaycan hərbçisinin meyitinin götürülməsinə şərait yaratdıqları haqqında car çəkmələri isə artıq bütün hədd-hüdudu aşmaq deməkdir”.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Silahlı Qüvvələrimiz cəbhə boyu bütün əməliyyat şəraitinə tam nəzarət edir:

“Ermənistan müdafiə nazirinin mətbuat katibi A.Ovannisyan deyəsən artıq Facebook səhifəsində müharibə aparır. Ermənilər artıq gerçəkdə bacara bilmədiklərini virtual formada həyata keçirmək istəyirlər. İstədikləri adamı "öldürür", istədikləri adamın da "ərazidən götürülməsinə" icazə verirlər”.
Erməni çobanın ölməsinə gəldikdə isə, o sərhəd bölgəsində nə gəzirdi? Onun orada nə işi vardı? Bu anlaşılmazdır. Sual doğur, Ermənistan silahlı bölmələrinin içində olan çobanı kim vurub? Necə vurulub? Əslində ermənilər özləri ona atəş açıb öldürüb, sonra da Azərbaycan tərəfinin üstünə atırlar. İkincisi, onlar 80 yaşlı çobanın qarşılıqlı atışma zamanı öldüyünü bildirirlər. Belə çıxır ki, ermənilər artıq səngərdə durmağa adam tapmır, ahılları orduya cəlb edirlər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti