İcra başçısına meyxana qoşdular

İcra başçısına meyxana qoşdular
  12 Yanvar 2015    Oxunub:4406
Tanınmış meyxanaçılar İntiqam və Ehtiram qardaşları Sumqayıtın icra başçısı Eldar Əzizova meyxana həsr ediblər.
Bunu AzVision.az-a meyxanaçı İntiqam Rüstəmov deyib.

Bildirib ki, qardaşı Ehtiramla birlikdə doğma şəhərləri olan Sumqayıt və icra başçısı Eldar Əzizov haqqında meyxana hazırlayıb, klip çəkdirəcəklər.

“Xalqın gözü tərəzidir. Şəhərin gözəlliyinə özünüz də baxa bilərsiniz. Biz dəfələrlə onun qəbulunda olmuşuq. Nailiyyətlərimizə o da sevinib. Bizə deyib ki, ölkəni təmsil edirsiniz, özünüzdən muğayat olun. Bu yaxınlarda Sumqayıt haqqında yeni musiqili meyxanamız olacaq. Ona aid klip də çəkiləcək. Orada Eldar müəllimin də adı var.

Layiqli xidmət edir dövlətə Eldar müəllim
Döndərib Sumqayıtı cənnətə Eldar müəllim


İstəyirik ki, doğma şəhərimizə bir hədiyyə kimi ərmağan edək bunu”.

Meyxanaçı həmçinin onu da qeyd edib ki, Sumqayıtda qardaşı
ilə yeni restoran tikdirirlər.

“Sumqayıtda bizə torpaq payı da verilib, restoranımız tikilmək üzrədir. Adını da “Tı kto takoy davay dosvidaniya” qoyacağıq”-deyə İ. Rüstəmov bildirib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti