“Hilton Baku”da ev satılır – 1,8 milyona

“Hilton Baku”da ev satılır – 1,8 milyona
  12 Yanvar 2015    Oxunub:11542
“Hilton Baku” otelində yerləşən mənzillər 1,8 milyon manata satışa çıxardılıb.
AzVision.az marja.az-a istinadən xəbər verir ki, yerli əmlak saytlarında verilən məlumatlara görə, 20 mərtəbəli “Hilton Baku”nun 11-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 183 m2 təşkil edir. 3 otaqlı mənzil 1,8 milyon manata təklif olunur (1 kv.m-i 9800 manat).

Sonuncu dəfə “Hilton Baku Resedanse”də mənzil alıcılarına 1,3 milyon manata təklif olunurdu. Qiymətə baxmayaraq, boş mənzil yox idi.

Bundan başqa, “Hilton Baku Resedanse”də ümumi sahəsi 200m2 3 otaqlı mənzil də 1,8 milyon manata satışa çıxardılıb (1 kv.m-i 9000 manat). Həmin mənzil mehmanxananın 12-ci mərtəbəsində yerləşir.

“Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə apartamentlər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxardılmayıb.


Teqlər:  





Xəbər lenti