Keçmiş “NİDA”çı Hafiz Hacıyevdən ayrıldı

Keçmiş “NİDA”çı Hafiz Hacıyevdən ayrıldı
  12 Yanvar 2015    Oxunub:2067
“Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə işbirliyində olmaq niyətində idim. Gedib onunla görüşüb, söhbətləşdikdən sonra, onun mənə etdiyi təkliflərin reallığa cavab vermədiyini gördüm. Və Bakıdan qayıtdıqdan sonra götür-qoy etdim və qərara gəldim ki, onunla işbirliyi istəyimə son qoyum. Buna səbəb isə çox amillərdir. Birincisi, o adamın xalq arasında heç bir çəkisi olmadığının şahidi oldum, ikincisi isə mənə təkliflərini heç cürə qəbul edə bilməzdim. Bu mənim boynuma bir ağır yük ola bilərdi”.
Bu fikirləri AzVision.az-a YAP-a keçən keçmiş NİDA-çı Elsevər Mürsəlli bildirib.
H.Hacıyevlə işbirliyindən imtina edən E.Mürsəlli bildirib ki, mən heç vaxt üzvü olduğum YAP-a xəyanət edib başqa partiyada təmsil ola bilmərəm.

“YAP-a gəlmişəmsə burada da qalıb xalqıma, prezidentimizin ideyalarına xidmət etməliyəm. Mən sadəcə, YAP üzvü kimi H.Hacıyevlə də bu millətə xidmət etmək fikrində idim. Amma onun mənə təklifləri YAP-dan birdəfəlik çıxmağımla bağlı idi. Bunu isə heç vaxt qəbul edə bilməzdim. Onun dediyi kimi nə olsun ki, mən YAP-da istedadlı gənclər arasında itib batacam. Onlardan öyrənməli çox şey olacaq. Amma MMP-də mən heç nə öyrənə bilməyəcəkdim.

H.Hacıyevlə işbiriliyə getdiyimə görə müxalifətdən də mənə təzyiqlər oldu. Onların da iradını qəbul edirəm. Bəlkə də başqa adama bu təklifi etsəydim belə iradlara tuş gəlməyəcəkdim. Nə isə hər şey arxada qaldı. Yeni ildən yeni işlərə başlamaq lazımdır. Bu işi ancaq YAP daxilində həyata keçirə bilərəm. H.Hacıyevlə isə dostluğumu burada bitirirəm. Amma Hafiz bəyə də öz minnətdarlığımı bildirirəm, ona uğurlar arzulayıram”.


Teqlər:





Xəbər lenti