Bakıda çörəkdən taxta çıxdı - FOTO

Bakıda çörəkdən taxta çıxdı - FOTO
  12 Yanvar 2015    Oxunub:2000
Bakıda çörəyin içindən taxta parçası çıxıb.
ANS PRESS-in məlumatına görə, "Sağlam Qida Co" MMC-nin "Baton Bakı Sadə" adı ilə istehsal etdiyi çörəyin içindən taxta çıxıb.

Belə ki, Baxış Süleymanov adlı oxucumuzun ANS PRESS-ə göndərdiyi şəkillərdə dükandan alınan çörəyin içindən taxta çıxdığı aydın görünür. Bundan başqa, çörək həm də kiflənmiş olub.

Vəziyyəti belə görən vətəndaşlar şikayət etmək istəsələr də, çörəyin qablaşdırmasının üstündə heç bir əlaqə nömrəsi olmadığından bu da mümkün olmayıb. Qablaşdırmanın üzərində göstərilən internet sayt da aktiv deyil.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, alıcı həmin çörəyi Komitənin Nəzarət xidmətinə gətirməlidir ki, Komitə hadisəni araşdırsın.

Həmin şəkilləri oxuculara təqdim edirik:

Qalereya




Teqlər:





Xəbər lenti