MSK bir məntəqədə seçki komissiyasını ləğv edib

MSK bir məntəqədə seçki komissiyasını ləğv edib
  12 Yanvar 2015    Oxunub:1448
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidə xoşagəlməz hal olmaması mümkün deyil. MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkilərində müəyyən xoşagəlməz hallar seçkilərin nəticələrinə təsir edəcək gücdə deyil:

“Seçkidə əsas odur ki, çoxluğun iradəsi ortaya qoyulsun. Bələdiyyə seçkilərində narazı olanlar var, ancaq onlar da başa düşürlər ki, belə hallar seçkilərin nəticələrinə təsir edəcək gücdə deyil”.

Seçki məntəqələrindən daxil olan müraciətlərin çox az sayda olduğunu deyən MSK sədri bildirib ki, bununla belə, aşağı seçki komissiyalarının bəzilərində olan xoşagəlməz hallara da reaksiya verilir:

“Məsələn, MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar layihəsində 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının ləğv edilməsi əksini tapıb. Ancaq Azərbaycanda keçirilən seçkilər 10 il əvvəl keçirilən seçkilərlə müqayisədə kifayət qədər yüksəkdir”.

Xatırladaq ki, 2014-cü il dekabrın 23-də 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə zamanı seçki pozuntusu ilə bağlı görüntü sosial şəbəkələrdə yayılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti