İlham Əliyevdən həmkarına təbrik

İlham Əliyevdən həmkarına təbrik
  12 Yanvar 2015    Oxunub:1514
Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

-Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti