Sürücülərin nəzərinə: yeni radarlar qoyulur

Sürücülərin nəzərinə: yeni radarlar qoyulur
  13 Yanvar 2015    Oxunub:3703
Magistral yollarda sürət həddinə nəzarət etmək üçün müasir radarlar qurulur.
Belə radarlar insan əli toxunmadan işləyir və əldə etdiyi məlumatları bir başa yol polisinin mərkəzi məlumat xidmətinə ötürür. Qayda pozan sürücülər isə hər hansı fərdlər deyil məhz avtomotlaşdırılmış sistem tərəfindən cərimələnir.

Köhnə radarlar müasirləri ilə əvəz edilir.Yeni radarlar həm daha dəqiq işləyir, həm də onlar vasitəsi ilə tərtib edilən pratakollar birbaşa sürücülərin ünvanlarına göndərilir.

Əsas magistrallar yollar üçün nəzərdə tutulan radarlar bir müddətdir Gəncə - Şəmkir yolunda da quraşdırılır.Yeni radarlar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) ilə əlaqəli işləyəcək.

Yeni radarlar sürücülərin də ürəyincədir.Onlar düşünür ki, belə radarlar həm sürücüləri daha məsuliyyətli olmağa sövq edir, həm də Yol Patrul Xidməti əməkdaşları ilə ünsiyyəti azaldır.




Teqlər:





Xəbər lenti