Bu gün güclü külək olacaq

Bu gün güclü külək olacaq
  13 Yanvar 2015    Oxunub:1472
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəzlənəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti