Neft 42 dollara düşəcək – Proqnoz

Neft 42 dollara düşəcək – Proqnoz
  13 Yanvar 2015    Oxunub:3363
Neftin qiymətləri 50 barrel/dollardan aşağıya enər-enməz sürətlə digər psixoloji həddə: 45 dollara yaxınlaşır.

AzVision.az
xəbər verir ki, dünən gün ərzində `Brent` markalı neft 1,5% ucuzlaşaraq, 46,7 dollara satılıb. WTI markalı neft isə 45,43 dollara düşüb. Bu, 2009-cu ilin martından bu yana ən aşağı göstəricidir.

Neftin ucuzlaşmasına ABŞ-ın neft ehtiyatları haqqında informasiyalar da təsir göstərib. `Bloomberg`-in məlumatına görə, ehtiyatlar 1,75 milyon barrel artıb.

Qeyd edək ki, `Goldman Sachs` bankının verdiyi proqnoza görə, yaxın 3 ayda `Brent` markalı neftin orta qiyməti 42 dollar olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti