BDU-da tələbələrin şikayətinə baxılmır

BDU-da tələbələrin şikayətinə baxılmır
  13 Yanvar 2015    Oxunub:2530
Bakı Dövlət Universitetində (BDU) semestr imtahanları ərəfəsində yaradılan Apellyasiya komissiyaları ləğv edilib.
Bu barədə AzVision.az-a BDU-nun tələbələri məlumat veriblər. İmtahan nəticələrindən şikayətçi olan bəzi tələbələr bildiriblər ki, BDU-da onların müraciətinə baxılmır. Buna səbəb kimi apellyasiya komissiyalarının ləğv edilməsi göstərilir.

“İmtahan nəticələri bizi qane etməyəndə appelyasiya şikayəti yazaraq narazılığımızı bildirirdik və tələbimiz yerinə yetirilirdi. İndi isə bu imkandan məhrum olmuşuq. İmtahan nəticələrindən narazı tələbələrin şikayətlərini dinləyən tapılmır. Qanunla imtahanlara görə apellyasiya komissiyaları olmalıdır, amma bizə bildirirlər ki, ləğv edilib”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti