`Ermənilər cəbhədə içir, narkotik qəbul edirlər` – Sabiq müdafiə naziri

`Ermənilər cəbhədə içir, narkotik qəbul edirlər` – Sabiq müdafiə naziri
  13 Yanvar 2015    Oxunub:4813
“Ermənilər heç vaxt sakit dayanmırlar. Cəbhədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Elə gün yoxdur ki, ermənilər atəş açmasın. Onların həmişə cavablarını veriririk və susdururuq. Ermənilər bu saat bilmirlər ki, nə etsinlər? Düşmən bilir ki, Qarabağ məsələsi həll olunacaq. Özü də nəyin bahasına olursa olsun!”

Bunu AzVision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib.

D.Rzayev son günlər cəbhə xəttində ermənilərin törətdikləri təxribatlara münasibət bildirib. Qeyd edib ki, ermənilərin bütün təxribatlarına layiqli cavab verilir:

“Bizim ali baş komandan heç vaxt icazə verməyəcək ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaradılsın. Ona görə də emənilər təxribata əl atırlar ki, biz onlara cavab verək. Biz təxribata cavab verməyəcəyik, amma öz torpağımızı, xalqımızı, ordumuzu, əsgərlərimiz qoruyacağıq. Lazım olan vaxtı da ermənilərə necə lazımdır cavab verəcəyik və veririk də. Vertolyotun vuluması, ermənilərin kəşfiyyat qrupunun məhv edilməsi o deməkdir ki, biz ermənilərin bütün təxribatlarına layiqli cavab veririk. Erməniyə qalan isə yeqanə cəbhədə təxribat törətməkdir. Cəbhədə vəziyyət hər dəqiqə gərgindir. Biryerdəki əsgərimiz düşmənlə üzbəüz durur, orada necə gərginlik ola bilməz. Bizim bütün texnika və silahlarımız var və düşmənə də layiqli cavab veririk, verəcəyik də!”.

Daha sonra sabiq müdafiə naziri erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan istifadə etməklə atəşkəsi pozmalarına da münasibət bildirib:

“Ermənilər guya bizim cəhbhəni yarmağa cəhd edirlər. Bir dənə, iki dənə qumbara atmaqla demək olmaz ki, ermənilər müharibə etmək istəyir. Ermənilərin nişançıları heç kəsə qulaq asmırlar, ipə-sapa yatmırlar. Həmin erməni nişançılar cəbhədə içirlər, narkotika qəbul edirlər, onadan sonra atmağa başlayırlar. Əgər ermənilər intensiv formada qumbaratanlardan istifadə etsələr biz, onalardan daha çox qumbara atarıq. Bunlar hamısı erməni təxribatıdır”-deyə general bildirib.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti