“Coca-Cola” da bahalaşdı
AzVision.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Belə ki, şirkət qazlı və qazsız içkilərin qiymətini 10-20 qəpik bahalaşdıracaq.
Qiymətlər mərhələli şəkildə bu cür reallaşdırılacaq:
- 0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
- 2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
- 5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


