Avtobuslarda gediş haqqı qalxa bilər

Avtobuslarda gediş haqqı qalxa bilər
  13 Yanvar 2015    Oxunub:2452
Benzinin qiymətinin bahalaşması yaxın vaxtlarda digər xidmət sahələrində də qiymət artımının olacağından xəbər verir.
İqtisadçı ekspert Samir Əliyev AzVision.az-a bildirib ki, benzindəki bahalaşma ilkin olaraq daşıma xidmətlərinə təsir edəcək.

İqtisadçı deyir ki, benzinin qiymətində bahalaşma cüzi olsa da bazara təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, növbəti bahalaşma nəqliyyat sektorunda baş verəcək.

“Amma mənə elə gəlir nəqliyyat sektoru qiymət artımı olan ilkin sektolardan biridir. Benzinin bahalaşması büdcə ödənişlərini artırdı. Təxmini hesablamalara görə, bu qərarın qəbulu büdcə ödənişləri 3 dəfə artacaq. Yol vergisi 22 milyon idisə, bunun sayəsində büdcə ödənişləi 60-70 milyon təşkil edəcək ”.

S.Əliyev deyir ki, indiki mexanizm ona hesablanıb ki, nəqliyyat nə qədər çox dövr etsə, bir o qədər çox pul verir.

Ekspert hesab edir ki, əvvəl qiymət standart idisə, yəni hərəkət edən də, etməyən də eyni qiyməti ödüyürdüsə, indi daha çox hərəkət edən maşın daha çox pul verəcək:

“Nəzərə alsaq ki, bizdə ən çox hərəkət edən nəqliyyatdır, taksi, avtobuslardır odur ki, onların yükü və xərcləri daha çox olacaq. Bir sözlə növbəti bahalaşma nəqliyyat sektorunda baş verəcək”-deyə S.Əliyev bildirib.

Nəqliyyat Nazirliyi də dəfələrlə nəqliyyat xərclərinin baha olmasını əsas gətirərək ictimai nəqliyyatda gedişhaqqını qaldırmaq üçün Tarif Şurasına müraciət edib. Lakin Tarif Şurası hər dəfə bu təklifləri əsassız olduğundan qəbul etməyib.

Avtobuslarda gediş haqqının qalxması ilə bağlı məsələni dəqiqiləşdirmək üçün Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla nə qədər əlaqə saxlasaq da, telefonlarımız cavabsız qaldı. Halbuki, işinin adı mətbuata informasiya vermək olsa da Namiq Həsənovu çıraqla axtaran belə tapa bilmir.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti