Yadigar Sadıqovun həbs müddəti azaldıldı

Yadigar Sadıqovun həbs müddəti azaldıldı
  13 Yanvar 2015    Oxunub:1563
Ali Məhkəmədə Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqovun şikayət ərizəsinə baxılıb.
AzVision.az xəbər verir ki, məhkəmənin qərarı ilə onun həbs müddəti 6 ay müddətinə azaldılıb.

Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. O, Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, bədən xəsarəti yetirməkdə ittiham olunaraq 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun həbs müddətinin üzərindən 2 il götürülüb.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti