Zakir Həsənov səfirlə Qarabağı müzakirə etdi

Zakir Həsənov səfirlə Qarabağı müzakirə etdi
  13 Yanvar 2015    Oxunub:1442
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Niderlandın Azərbaycandakı səfiri Robbert Gabrielseni qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.


Teqlər:  



Xəbər lenti