Metroda əlbəayaxa dava - hərəkət dayandı (VİDEO)

Metroda əlbəayaxa dava - hərəkət dayandı (VİDEO)
  13 Yanvar 2015    Oxunub:4558
Metronun Elmlər Akademiyası stansiyasında sərnişinlər arasında düşüb.
AzVision.az xəbər verir ki, eskalatorla hərəkət edən sərnişinlər arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava nəticəsində eskalatordakı lampalar sınıb, hərəkət dayandırılıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a faktı təsdiqləyib. Bildirib ki, hadisə saat 13-21-də baş verib. Təhlükəsizlik tədbirləri üçün eskalatorun hərəkəti dayandırılıb:

“Metropolitenin 4 plafonu sındırılıb. Hazırda metronun polisi də məsələni araşdırır. Hadisəni törədənlər təhlükəsizlik kameralarına düşüblər. Onların axtarışı davam etdirilir. Hadisə ilə bağlı araşdırma aparılır”.



Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti