Bakıda ən çox istifadə olunan yollar - SİYAHI
Bakı-Sumqayıt şosesində gün ərzində şəhər istiqamətində 84438, şəhərdən çıxış istiqamətində 86538 nəqliyyat vasitəsi qeydə alınıb.
Neftçilər prospektindən Nobel prospekti istiqamətində gün ərzində 80812 sürücü istifadə edib. Əks istiqamətdə, yəni Azneft dairəsi istiqamətində isə 59847 avtomobil keçib.
Üzeyir Hacıbəyli küçəsindən 24 saat ərzində 62469 avtomobil istifadə edib.
Yusif Səfərov küçəsində, Heydər Əliyev prospekti istiqamətində gün ərzində 66251, əks istiqamətdə Yusif Səfərov küçəsindən “Port Baku” Ticarət Mərkəzi istiqamətində isə 58237 avtomobil qeydə alınıb.
Gün ərzində Tbilisi prospektindən “20 Yanvar” dairəsi istiqamətində 48523, Tbilisi prospektindən Dövlət Statistika Komitəsi istiqamətində isə 48814 avtomobil keçib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


