Bakıda taksilər qiyməti qaldırdı
Ümumilikdə paytaxtda apardığımız müşahidələr də onu göstərdi ki, artıq taksilər gediş haqqını qaldırıblar. Taksilərin təklif etdikləri qiymətlər ötən günlərlə müqayisədə 1, 2 manat bahadır.
İqtisadçı Vüqar Bayramov da AzVision.az-a açıqlamasında taksilərin gediş haqqını qaldırmasını təsdiqləyib:
“Benzinin qiymətinin artmasından istifadə etməyə çalışanlar var. Belə ki, bu gün səhərdən etibarən bəzi işbazlar qiymətləri süni şəkildə artırıblar. Bu gündən taksilərin gediş haqqını artırmaları müşahidə olunur”-deyə Vüqar Bayramov bildirib.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


