Nazirlikdə Polad Bülbüloğluna görə iclas

Nazirlikdə Polad Bülbüloğluna görə iclas
  13 Yanvar 2015    Oxunub:1941
2015-ci ilin fevralın 4-də Xalq artisti, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur.
AzVision.az xəbər verir ki, bəstəkarın 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib.

Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.

Bildirilib ki, yubliley tədbirləri il ərzində Bakıda, Moskvada, Türkiyədə, Gürcüstanda və Rusiyanın bir sıra digər şəhərlərində qeyd ediləcək. Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası olacaq. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur. İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti