AZAL-dan Riki Martinlə bağlı ÖZƏL AÇIQLAMA
Riki Martinin Bakıya gəlməsi ilə bağl “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə əlaqə saxladıq.
AZAL-ın “VİP” və “Business” aviazallarının rəhbərliyindən AzVision.az-a bildirilib ki, Enrike Martin Morales adlı bir şəxs son günlər ərzində Bakıya gəlməyib. Onun adı sərnişinlər arasında yoxdur.
“VİP, Biznes və bütün aviazallarda Enrike Martin Morales adı ilə heç bir sifariş qəbul olunmayıb. Nə bu gün, nə sabah, nə ötən gün belə bir sifariş olmayıb. Ümumilikdə həmin şəxsin adı heç bir aviazalda qeydiyyatdan keçməyib. Elə bir şəxs nə bizim hava limanına gəlib, nə də ki, buradan başqa ölkəyə uçub”.
Hafiz Əhmədov