“Azpetrol” benzinin qiymətini endirdi

“Azpetrol” benzinin qiymətini endirdi
  13 Yanvar 2015    Oxunub:2599
“Azpetrol” şirkəti “Premium” markalı benzinin qiymətinə yenidən baxıb.
Şirkətin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar “Azpetrol” tərəfindən “Premium” markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və yanvarın 13-dən etibarən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.

30 dekabr 2014-cü il tarixli 1167-İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.


Teqlər:  





Xəbər lenti