Ötən il yeyib-içməyə 11 milyard xərclədik

Ötən il yeyib-içməyə 11 milyard xərclədik
  13 Yanvar 2015    Oxunub:3415
2014-cü ildə Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 22 milyard manatlıq və ya 2013-cü illə müqayisədə 10% çox əmtəə satılıb.
AzVision.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları (11 milyard manatdan bir qədər çox), 49,9%-ni (11 milyard manata yaxın) qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq mallarının xüsusi çəkisi 2013-cü il ilə müqayisədə 3,3% bəndi artıb.

2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 2,4 dəfə artaraq 6,4 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,3%-ni hüquqi şəxslərin, 8,7%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 94,6%-ni qeyri-ərzaq malları təşkil edib.


Teqlər:



Xəbər lenti