Türkiyədə “Xocalı şəhidləri” abidəsi ucaldılacaq
Bildirilib ki, bələdiyyənin layihəsi əsasında inşa ediləcək abidənin açılışı fevralın 26-na planlaşdırılır. Hündürlüyü 3,30 metr olacaq “Xocalı şəhidləri” abidəsi şəhərin Yenişəhər Məhəllə meydanında qoyulacaq. Dizayndakı Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin qardaşlığının, səmaya doğru yüksələn sütunlar isə şəhidliyin rəmzlərini ifadə edəcək.
Abidənin ucaldılması ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi dəhşətli soyqırımın daim xatırlanması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


