Bakıda zibilin içindən silah çıxdı
İş prosesi zamanı işçilər məişət tullantılarını çeşidləyərkən zibil kütləsi arasında müxtəlif növ silah güllələri tapıb. Təhlükə törədə biləcək əşyalar ümumi tullantılardan ayrılıb. Müəssisəyə polis dəvət olunaraq silah-sursat hissələri təhvil verilib.
“Təmiz Şəhər” ASC əməkdaşlarının aşkarlayaraq polisə təhvil verdiyi silah-sursat hissələri bunlardır:
21 ədəd – 5.45 çaplı patron
10 ədəd – 7.62 çaplı patron
1 ədəd – 12.7 çaplı patron
1 ədəd – 30 mm mərmi







Vaxtında, Aydın, Lazımlı!


