İlham Əliyev bu gün Türkiyəyə gedir

İlham Əliyev bu gün Türkiyəyə gedir
  14 Yanvar 2015    Oxunub:2398
Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə rəsmi səfər edəcək.

AzVision.az
-ın məlumatına görə, prezident bu gün Ankarada Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək. Görüş Baş Nazirliyin binasında baş tutacaq.

Daha sonra isə İlham Əliyev və Əhməd Davudoğlu nahar yeməyinə qatılacaqlar.

Qeyd edək ki, prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanın dəvəti ilə

Türkiyəyə səfər edir. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək.

Eyni zamanda liderlərin ikili görüşü zamanı iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti