Ramil Usubov 4 rəisi dəyişdi

Ramil Usubov 4 rəisi dəyişdi
  14 Yanvar 2015    Oxunub:2543
Daxili işlər naziri Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib.
AzVision.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Şəki rayon polis İdarəsinin rəisi Eldar İlyasov Nərimanov RPİ-nə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev Xətai RPİ-nə, Xətai rayon Pİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon Pİ-nə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-nə rəis təyin edilib.

Sabunçu rayon polis idarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl R. Usubovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Teqlər:



Xəbər lenti