700 kq ərzaq məhv edilib

700 kq  ərzaq məhv edilib
  13 May 2013    Oxunub:1545
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakının Xətai, Suraxanı, Nərimanov, Qaradağ rayonlarında, Abşeron rayonunda, Sumqayıt, Gəncə, Göyçay, Ağdaş, Masallı, Xaçmaz şəhərlərində aparılmış yoxlamalar zamanı ümumilikdə 740 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq mallarının satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti