Gəncə araqları bazardan yığışdırılır
Satıcıların sözlərinə görə, həmin içkilərin istehsalı artıq dayandırılıb. Bundan sonra həmin içkilər satışda olmayacaq.
Məsələ ilə bağlı “Gəncə Şərab-2” ASC ilə əlaqə saxladıq. ASC-dan AzVision.az-a bildirilib ki, bəzi məhsulların satışı dayandırılsa da ümumilikdə zavod fəaliyyətini dayandırmayıb.
“Bəzi içkilər var ki, onların istehsalı bir müddət üçün nəzərdə tutulur. Həmin vaxt bitdikdən sonra onlar istehsal olunmur. Bir neçə belə içki var ki, onları istehsalı artıq dayandırılıb. Amma bu zavodun işinə heç bir təsir göstərməyib”.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


