Alimlərin ev arzusu puç oldu?
“Xoşagəlməz bir hadisə baş verdi. Biz alimlərə ev verilməsini təxirə saldıq. Biz “Science City” layihəsini reallaşdırmaq istəyirik. Prezident İlham Əliyev bunu təsdiqləyib”.
Qeyd edək ki, AMEA prezidenti mətbuata bundan öncə açıqlamasında bildirmişdi ki, akademiyanın prezidenti olaraq prezident İlham Əliyevlə görüşərək alimlərin mənzil məsələsi müzakirə edib. Onun sözlərinə görə, prezident İlham Əliyev də alimlərimizin mənzil problem ilə bağlı təklifə müsbət yanaşıb:
“Hazırda Prezident Administrasiyasında bu məsələyə baxılır. Bununla bağlı yaxın gələcəkdə xüsusi sərəncamın imzalanması gözlənilir. Akademiyanın özünün və ya ona məxsus olan bəzi institutların torpaqlarında gənc alimlər üçün 3-ə yaxın bina inşa oluna bilər. Bu istiqamətdə hazırda müvafiq işlər görülür”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


